Ayaz Mütəllibov: “20 Yanvardan danışmaq mənim üçün çox çətindir”

12:05 | 07.01.2015
Ayaz Mütəllibov: “20 Yanvardan danışmaq mənim üçün çox çətindir”

Ayaz Mütəllibov: “20 Yanvardan danışmaq mənim üçün çox çətindir”

"Çox güman ki, bu il də Şəhidlər Xiyabanını ziyarət etməyə gedəcəm”.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

 O, bildirib ki, 20 Yanvar hadisələri haqqında danışmaq onun üçün çox çətindir.

 "Bu il qanlı 20 Yanvar hadisələrinin 25 ili tamam olacaq. Keçən il də şəhidlərimizi ziyarət etməyə getmişdim. Amma bu məsələlərlə bağlı mətbuata açıqlama vermək fikrim yoxdur. Şəhidlər Xiyabanını ziyarət etmək hər birimizin insanlıq, vətəndaşlıq  borcudur.
25 il bundan qabaq baş verən həmin qanlı hadisə hər kəsə bəllidir. Şəhidlər Xiyabanında uyuyan insanlar 1990-cı ildə baş verən məlum hadisələrin günahsız qurbanlarıdır. O zamankı Sovet İmperiyasının vəhşi hərəkətləri nəticəsində Bakıda 20 Yanvar hadisələri törədildi. Artıq bu gün Azərbaycan müstəqil dövlətdir. Bundan sonra hansısa qüvvə müstəqilliyimizə zərbə endirə bilməz”.

Qeyd edək ki, 20 Yanvar faciəsinə qədər Ayaz Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin sədri idi. Həmin hadisələrdən sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postuna gətirildi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM