Aydın Xırdalanlı ağır xəstəliyə tutuldu

10:55 | 06.03.2018
Aydın Xırdalanlı ağır xəstəliyə tutuldu

Aydın Xırdalanlı ağır xəstəliyə tutuldu

Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlıda yeni xəstəlik tapılıb.

Bu gün yerli mediada onun "Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.

Meyxanaçı oxu.az-a açıqlama verərək xəbəri təsdiqləyib:

"Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. "Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.

Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:

"Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb