"Aykakan Jamanak": Ermənistan hökumətinin istefaya göndərilməsi müzakirə edilir

17:18 | 22.07.2016

"Aykakan Jamanak": Ermənistan hökumətinin istefaya göndərilməsi müzakirə edilir

"Ermənistanda hakimiyyət mövcud çətin vəziyyətdən çıxmaq üçün Nazirlər Kabinetinin istefası imkanlarını nəzərdən keçirir. Lakin polis şöbəsini nəzarətdə saxlayan silahlı qruplaşma prezident Serj Sarkisyanın istefasını tələb edir”.
 
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Aykakan Jamanak” qəzeti məlumat yayıb.
 
Nəşr bildirir ki, Jirayr Sefilyan, qiyamçılar və hakimiyyət nümayəndələri arasında hansısa üçüncü variant barədə müzakirələr aparılır: "İstisna deyil ki, tərəflər anlaşaraq hökumətin, bəzi güc strukturları rəhbərlərinin, məsələn, Polis rəisi Vladimir Qasparyanın istefası ilə bağlı razılığa gələcəklər.  Serj Sarkisyan isə islahatlar barədə yeni vədlərlə çıxış edəcək. Üsyançılar və Sefilyan Qarabağla bağlı aparılan danışıqlarda son tendensiyalardan narazı olduqları üçün Sarkisyan ərazi güzəştlərindən söhbət belə gedə bilməyəcəyi barədə vəd verəcək. Bununla da, o, vasitəçilərə göstərəcək ki, ölkə daxilində ona qarşı təzyiqlər var”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb