Çaylarda sululuq səviyyəsi açıqlanıb

10:45 | 28.05.2018
Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Çaylarda sululuq səviyyəsi açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 407 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 505 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 171 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb