AZAL-dan Novruz bayramı münasibətilə təbrik videoçarxı

13:59 | 18.03.2016
AZAL-dan Novruz bayramı münasibətilə təbrik videoçarxı

AZAL-dan Novruz bayramı münasibətilə təbrik videoçarxı

"Azərbaycan Hava Yolları" (AZAL) rəsmi Youtube kanalında ən mühüm bayram olan Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirmişdir.

AZAL-ın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, videoçarxda reysdən Bakıya yenicə çatan və bahar bayramını öz ailəsinin əhatəsində qeyd etmək üçün Naxçıvandakı evinə tələsən mülki aviasiyanın pilotu Həmzə Abbasovdan danışılır.

"Azərbaycan Hava Yolları pilotun və ailəsinin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir ailəyə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayır!" - təbrikdə deyilir.

Videoçarx ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: www.youtube.com/watch?v=y9x9jb6iI4Y


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb