AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında

12:35 | 14.07.2016
AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında

AZAL dünyanın ən yaxşı 100 aviaşirkəti siyahısında

Britaniyanın "Skytrax” konsaltinq şirkətinin versiyasına görə, AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkətinin siyahısında yer alıb.  

Oxu.Az xəbər verir ki, bu barədə "World Airline Awards” beynəlxalq mükafatının saytı məlumat yayıb. 

AZAL reytinqdə 70-ci yeri tutub. 

2016-cı ilin ən yaxşı aviaşirkəti BƏƏ-nin "Emirates” şirkəti olub. Daşıyıcı artıq dördüncü dəfədir ki, bu mükafatı qazanır. 2015-ci ildə "Emirates” analoji reytinqdə beşinci yeri tutub. 

İkinci yerdə "Qatar Airways”dir. 2015-ci ildə aviadaşıyıcı analoji siyahıda lider idi. İlk üçlük "Singapore Airlines” şirkəti ilə tamamlanır. 

2016-cı ilin ən yaxşı şirkətlərindən ibarət onluğa Honkonqun "Cathay Pacific”, Yaponiyanın "All Nippon Airways”,  BƏƏ-dən "Etihad Airways”, Türkiyənin "Turkish Airlines”, Tayvanın "EVA Air”, Avstraliyanın ən iri aviadaşıyıcısı "Qantas Airways” və Almaniyanın "Lufthansa” şirkətləri daxildir. 

Reytinqə daxil olan "Aeroflot” dünyanın ən yaxşı aviaşirkətləri reytinqinə daxil olan yeganə Rusiya şirkətidir, o, reytinqdə 40-cı sırada qərarlaşıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb