AZAL-ın biletlərin qiymətini artırması yalandır - AÇIQLAMA

17:45 | 06.08.2015
AZAL-ın biletlərin qiymətini artırması yalandır - AÇIQLAMA

AZAL-ın biletlərin qiymətini artırması yalandır - AÇIQLAMA


Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına dair iclasında AZAL-da biletlərin qiymətlərinin baha olmasına iradından sonra bu istiqamətdə işlər görüldü. Avqustun 1-dən etibarən biletlərin qiymətləri 20-30 faiz ucuzlaşdı. Lakin qiymətlərin aşağı salınması fonunda müəyyən qiymət artımlarının da olduğu haqqında informasiyalar dolaşır.  

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Modern.az-a açıqlamasında aviabiletlərin qiymətinin artırılması barədə məlumatın həqiqətə uyğun olmadığını vurğulayıb:

"AZAL aviabiletlərin qiymətindəki dəyişikliklərlə bağlı artıq geniş məlumat yayıb və yeni qiymətlər avqustun 1-dən qüvvədədir. Qiymətlər ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.azal.az/az/haqq-nda/x-b-rl-r-0/azerbaijan-airlines-clarifies-issue-of-reducing-air-ticket-prices  

Bundan əlavə, AZAL əvvəl də olduğu kimi müxtəlif istiqamətlər üzrə xüsusi aksiyalarını davam etdirəcək”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM