AZAL və “Türkiyə Hava Yolları” əməkdaşlığı genişləndirir

15:07 | 12.08.2016
AZAL və “Türkiyə Hava Yolları” əməkdaşlığı genişləndirir

AZAL və “Türkiyə Hava Yolları” əməkdaşlığı genişləndirir

"Azərbaycan və Türkiyə milli aviaşirkətləri bugünkü əməkdaşlığın səviyyəsindən razıdırlar və gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədirlər”.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezindeti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, artıq 2 ildir ki, AZAL və "Türkiyə Hava Yolları” kod-şerinq razılaşmasına görə reyslər həyata keçirirlər.

Vitse-prezident qeyd edib: "Bu, hər iki şirkətin mpvqelərinin daha da möhkəmləndirlməsinə kömək edib. Gün ərzində Heydər Əliyev adına Hava Limanından reyslərin sayına görə İstanbul birinci yerdədir”.

Onun sözlərinə görə, artıq Bodrum, İzmir və Dalaman istiqamətində də reyslərin sayında artım var.

E.Hacıyev vurğulayıb: "Biz əmədaşlığımızda yüksək səviyyəyə çatmışıq və onu daha da yüksəltmək istiqamətində işləri davam etdirəcəyik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM