Azərbaycan 4 min “AvtoVAZ” maşını alacaq

12:26 | 26.02.2015
Azərbaycan 4 min “AvtoVAZ” maşını alacaq

Azərbaycan 4 min “AvtoVAZ” maşını alacaq

Rusiyanın "AvtoVAZ” maşın istehsalçısı bu il xaricə ixrac olunan avtomobillərin həcmini 2 dəfə artıracaq. 

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkətin rəhbəri Bu Andersson deyib ki, hazırda 70 min ədəd avtomobilin ixracı ilə bağlı müqavilələr imzalanıb. 

İstehlak bazarının sabit genişlənməsi hesabına şirkət ixrac həcmini 100 min maşına çatdırmaq niyyətindədir. 

İxrac həcmi Qazaxıstana 50 min ədəd avtomobil ixracı hesabına artıb. 

Bununla yanaşı, Ukraynaya 4 min, Azərbaycana 4 min, Almaniyaya 2,5 min və Misirə 5 min avtomobilin ixracı ilə bağlı müqavilələr imzalanıb. 

"AvtoVAZ” yeni ixrac bazarlarının axtarışını davam etdirir. 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM