Azərbaycan ABŞ-ın dəstəyinə ehtiyac duyur - The Christian Science Monitor

17:12 | 13.12.2013
Azərbaycan ABŞ-ın dəstəyinə ehtiyac duyur - The Christian Science Monitor

Azərbaycan ABŞ-ın dəstəyinə ehtiyac duyur - The Christian Science Monitor

Nensi Soderberq

ABŞ-ın BMT-dəki keçmiş səfiri ABŞ-ın müttəfiqləri və maraqları arasında əhəmiyyətli ölkə olan Azərbaycan böyük dəstəyə ehtiyac duyur. ABŞ Azərbaycanda 3 əsas problemin həllində daha qətiyyətli mövqe sərgiləməlidir - Avropaya yeni qaz kəmərinin çəkilməsini dəstəkləmək, energetikanın inkişafı, demokratik islahatlar. Xüsusilə də,  Dağlıq Qarabağ münaqişəsi istiqamətində sülhü saxlaycaq söz azadlığının təmin olunması. Neft və təbii qaz dünya siyasətinə əksər hallarda yaxşı təsir göstərdiyi qədər , pis təsirləri də var. Ərazisi çox da böyük olmayan Azərbaycan təbii qazla bağlı belə durumdadır.  Keçmiş sovet respublikası olan bu ölkə hələ demokratiyaya keçid mərhələsindədir. Söhbət Rusiyadan gedəndə isə orada ABŞ-ın maraqlarına toxunan çox məsələlər var. ABŞ Azərbaycanda 3 əsas problemin həllində daha qətiyyətli mövqe tutmalıdır - energetikanın, demokratiyanın və sülhün inkişafı.1990-cı illərin əvvəlindən ABŞ-ın əsas məqsədlərindən biri Avropaya təbii qazın çatdırılmasının diversifikasiyası olub. Xüsusən də, Rusiyanın Avropaya uzanan təbii qaz nəql kəmərinə alternativ olaraq bu yaxınlarda, Trans-Anadolu qaz kəmərinin köməyi ilə Xəzər dənizi regionundan “Cənub Qaz Dəhlizi”nin hazırlanmasıyla bağlı saziş elan edildi. 100 milyard dollar dəyərində olan bu saziş Azərbaycan Dövlət Neft Şirkəti ilə başqa ölkələrdən olan şirkətlərin konsorsiumları, həmçinin “bp”, “Statoil”, “Lukoil”, NICO və TPAO arasında bağlanıb. Qarşıdakı onilliklərdə bu, Azərbaycan sahilində “Şahdəniz” yatağının yeni ehtiyatlarını açmağa imkan verəcək və onları Gürcüstan, Yunanıstan və Adriatik dənizinin altından keçməklə İtaliyaya qazın nəql edilməsi üçün 3 yeni boru kəmərinin böyük şəbəkələri vasitəsilə yönəldiləcək. 2012-ci ildək Avropaya çatan təbii qazın 34 faizi Rusiyadan idxal olunurdu və Rusiya aparıcı təchizatçı kimi növbəti ildə Norveçi üstələyə bilər. Bununla belə, bu daşınmalar son onilliklərdə Rusiya ilə qonşuları  arasında fikir ayrılıqları ucbatından baş tutmamışdır. Məsələn, 2009-cu ildə Rusiya şirkəti "Qazprom" ödəmə  mübahisələrinə görə Ukrayna vasitəsilə tranzitlə təbii qazın çatdırılmasını dayandırdı, nəticədə 15 Avropa ölkəsinə qazın verilməsində problemlər yarandı. Analoji problemlərlə vaxtilə Belarus, Gürcüstan, Latviya, Litva və Moldova da üzləşib.Azərbaycanın yeni boru kəməri Avropanın çox hissəsini Rusiyadan asılı olan qeyri-stabil daşınmalar təhlükəsindən azad edəcək. Bu şad xəbər Amerika və Avropa məmurlarının onilliklərlə gərgin işinin kulminasiyasıdır. Bəziləri ümid edirdilər ki, boru kəmərini daha nüfuzlu Rusiyadan asılılığın sonrakı sadələşdirilməsi üçün Şərqi Avropaya qədər uzatmaq mümkün olacaq. Bəlkə də bu mümkün olacaq. Amma Azərbaycan enerji təchizatının diversifikasiyası anlamında ABŞ-ın strateji maraqlarına xidmət edir. O, İran və Rusiyayla həmsərhəddir, həmçinin Əfqanıstandakı hərbi komandirlərimiz üçün maddi-texniki dəstək verən etibarlı müttəfiqidir. Həmçinin, öz ərazisindən əhəmiyyətli hava nəql etmələrini buraxır, bu isə Amerika qoşunlarına şəxsi heyətdə itkilərdən çəkinməyə imkan verir. Azərbaycan İsrailin neftə olan tələbatının 40 faizdən çoxunu ödəyir və Xəzər regionunda Rusiya təsirini azaldır. Bununla belə, Azərbaycan qeyri-mükəmməl ölkədir. Son seçkilər göstərdi ki, hökumət daha şəffaf və açıq olmalıdır, bu ölkə demokratiyaya tərəf daha qətiyyətli addımlar atmalıdır. Azərbaycanın yaxın dostu və müttəfiqi kimi ABŞ bu ölkəni daha çox demokratik islahatlara getməyə, həmçinin kütləvi informasiya vasitələrlərinə müxalifətin giriş imkanını təmin etməli, təşkilatların yaradılmasına və ölkənin böyük təbii resurslarına giriş imkanına dəstək verməlidir. Axı Amerikanın dəstəyi olmasa, Azərbaycan öz qüdrətli qonşuları üçün, xüsusilə Rusiya üçün daha zəif hədəf ola bilər. ABŞ, həmçinin, uzunillik Dağlıq Qarabağ münaqişəsinin də həllində fəal olmalıdır -  Azərbaycan və Ermənistanın iddia etdiyi bu ərazidə münaqişənin həll olunmasına çalışmalıdır. Çünki bu münaqişə ABŞ-ın Cənubi Qafqaz regionunda maraqlarını təhlükə altına alır və regionda stabilliyi kövrək edir. Azərbaycan və qonşu Ermənistan arasında bu ağır mübahisə Sovet İttifaqının dağılmasıyla tarixə düşdü, o zaman etnik erməni qüvvələri Azərbaycanın əhəmiyyətli ərazisini öz nəzarətləri altına götürdülər, müharibə başladı. Ta o vaxta kimi ki, 1994-cü ildə atəşkəsin əldə edilməsi haqqında saziş imzalandı. Atəşkəs imzalandıqdan sonra belə faciələr yaşandı, 3 min insan həlak oldu. Azərbaycan təkid edir ki, region onun ərazisidir və bu mövqe Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənir. Ermənistan isə iddia edir ki, Dağlıq Qarabağda yaşayan erməni çoxluğu öz müqəddəratını təyin edə və müstəqillik hüququna malik olmalıdır.Dünya tez dəyişir və hər iki tərəf münaqişəyə hazırlaşaraq öz silah arsenalını genişləndirir. Köçkünlər və qaçqınlar zorakılıqdan qaçmağa davam edirlər. Münaqişə yalnız regional sabitliyi hədələmir. Həmçinin İran və Rusiya kimi iri oyunçuları oyun meydanının ortasına atır. Bu isə Azərbaycan qazının əhəmiyyətli axınının stabilliyini və Avropanın gələcək iqtisadi sabitliyini pozmaqla hər kəsi hədələmiş olur.

Yalnız Birləşmiş Ştatlar hər iki tərəfin – həm Azərbaycanın, həm də Ermənistanın etibarına malikdir. Ona görə də onları sülhə çəkməyə imkanları genişdir. Bu münaqişə nə qədər həll olunmamış qalırsa,  bir o qədər bu region və ABŞ-ın maraqları təhlükə altındadır. Əgər biz sülhə, demokratiyanın inkişafına və Azərbaycanın böyük neft ehtiyatlarının sonrakı çıxarılmasına nail olsaq, azərbaycanlıların, avropalılar və amerikalılar təhlükəsiz şərait yaşayacaqlar və çiçəklənəcəklər.

www.csmonitor.com/Commentary/Opinion/2013/1211/A-vital-link-for-US-interests-and-allies-Azerbaijan-needs-more-support

 Tərcümə: Ramil Rahiboğlu ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb