Azərbaycan avtomobil idxalını 9 dəfə azaldıb

22:17 | 17.03.2016
Azərbaycan avtomobil idxalını 9 dəfə azaldıb

Azərbaycan avtomobil idxalını 9 dəfə azaldıb

Yanvar-fevral ayında Azərbaycana 821 ədəd avtomobil idxal olunub

Cari ilin yanvar-fevral ayında Azərbaycana 821 ədəd avtomobil idxal olunub.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 dəfə azalma deməkdir. Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 7 511 ədəd təşkil edib.

Avtomobil idxalının 737 ədədi və ya 89,8%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9,5 dəfə azalıb.

Bundan başqa, hesabat dövründə ölkəyə 67 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,05 dəfə azdır.

Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 119 ədəddən 9 ədədə qədər, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 22-dən 8-dək azalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb