Azərbaycan Beynəlxalq Bankına yeni təyinat

14:20 | 06.01.2016
Azərbaycan Beynəlxalq Bankına yeni təyinat

Azərbaycan Beynəlxalq Bankına yeni təyinat

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə Departamentinə yeni direktor təyin olunub. 

Bu barədə ABB-dən Oxu.Az-a bildirilib. 

Məlumata görə, bu vəzifəyə əvvəllər həmin departamentdə direktorun müavini olan Anar Nağıyev keçib.

Qeyd edək ki, bundan əvvəl Mühasibatlıq və büdcə Departamentinə Rəşad Qasımov başçılıq edib. Daha sonra R.Qasımovun "İnter" Futbol Klubuna prezident seçilməsi ilə həmin vəzifə boş olub. 

Hazırda ABB-nin İdarə Heyətinin sədri Elmar Məmmədov, sədr müavinləri Murad Şirəliyev və Ülvi Mansurovdur. Ü.Mansurov həm də Bankın baş maliyyə direktorudur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM