Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu

13:13 | 06.03.2018
Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu

Azərbaycan beynəlxalq konvensiyaya qoşuldu

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasda BMT-nin "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya”sına qoşulmaq haqqında qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, müzakirə edilən konvensiya 2005-ci ildə qəbul edilib:

"Ölkəmiz bu konvensiyaya qoşulmaqla elektron ticarətin tənizmlənməsi ilə bağlı dünya standartlarına qoşulur. Bundan başqa, elektron imzanın tanınması üçün də bu konvensiya mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, ölkəmiz bu konvensiyaya bəyanatla qoşulub”.

Deputat Aydın Mirzazadə isə xatırladıb ki, Azərbaycan beynəlxalq konvensiyalara Dağlıq Qarabağla bağlı xüsusi qeydlə qoşulur və bu, mühümdür:

"Biz bununla bir daha Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə təqdim edirik, habelə konvensiyanın müddəaları işğal edilən ərazilərdə işləmir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb