Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

15:42 | 21.04.2016
Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşulub

Prezident İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Sənədə əsasən, Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb