Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı isə 25% azalıb
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2016-cı ilin ilk iki ayında 1 984,14 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 652,19 min dollar yaxud 24,74% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,16%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 3 097,71 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-cü il ilə müqayisədə 5 956,51 min dollar və ya 65,79% yaxud 2,92 dəfə azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,32% təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !