Azərbaycan bu silahla düşməni sarsıdacaq - VİDEO

18:57 | 01.12.2018
Azərbaycan bu silahla düşməni sarsıdacaq - VİDEO

Azərbaycan bu silahla düşməni sarsıdacaq - VİDEO

Pakistan Azərbaycana müxtəlif təyinatlı aviasiya bombalarının ixracını həyata keçirməyə hazırlaşır.


Femida.az -ın məlumatına görə, bu barədə İDEAS-2018 sərgisində iştirak edən "AzeriDefence” jurnalının əməkdaşına Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkətindən bildirilib.

Şirkət rəsmiləri bildiriblər ki, istehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM