Azərbaycan daha bir Türkiyə vətəndaşını "İnterpol"a verdi

15:04 | 20.08.2014
Azərbaycan daha bir Türkiyə vətəndaşını "İnterpol"a verdi

Azərbaycan daha bir Türkiyə vətəndaşını "İnterpol"a verdi

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 58 yaşlı Mehmet Yaylak vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.APA-nın əldə etdiyi məlumata görə, Mehmet Yaylak Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti