“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

13:02 | 04.09.2015
“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

Bu gün Şəkidə baş verən zəlzələ ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları”  QSC-nin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Oxu.Az-a "Azərbaycan Dəmir Yolları” –nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmmədov bildirib.

"İnfrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar”-deyə, o bildirib.

QSC bildirib ki, mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.  

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM