Azərbaycan dollardan imtina edəcək? - EKSPERT

12:47 | 05.12.2016
Azərbaycan dollardan imtina edəcək? - EKSPERT

Azərbaycan dollardan imtina edəcək? - EKSPERT

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa çağırış edərək, vətəndaşları dollardan imtina etməyə, pullarını lirəyə çevirməyə səsləyib. 

ANN.Az xəbər verir ki, "Borsa İstanbul” (İstanbul Fond Birjası) prezidentin çağırışını dəstəkləyib. Belə ki, dekabrın 4-dən etibarən bütün nağd vəsaitləri lirəyə çevirməklə Türk lirəsi hesablarında saxlanması haqqından qərar verilib.
 
Türkiyənin dollardan imtina etməsindən sonra analoji hadisə Azərbaycanda baş verə bilərmi?

İqtisadçı-ekspert Qubad İbadoğlu ANN.Az-a açıqlamasında Türkiyənin atdığı bu addımın daha çox siyasi bəyanət olduğunu bildirib: 
 

Qubad İbadoğlu - iqtisadçı ekspert
 
"Türkiyədə bu proses çox davam etməyəcək. Bunu bir növ anti-Amerika dövlətlərinin qəbul etdiyi siyasi bəyanat kimi qiymətləndirmək olar. Bəyanatın reallaşdırılması ciddi problemlərin olacağını deməyə əsas verir. Çünki həmin ölkələr arasındakı ticarət əlaqələri bərabər paylanmayıb, professional deyil.  Buna görə də, düşünmürəm ki, Türkiyənin öz valyutası ilə alğı-satqı etməsi vəziyyətdən çıxış yolu olsun”.

"İnanmıram ki, Azərbaycan da belə ağılsız layihələrə qoşulsun. Bu layihələr heç bir iqtisadi yükə malik deyil. Türkiyənin verdiyi qərar siyasi yükə bağlı olan bəyanatdır. Azərbaycanın belə bəyanatla çıxış etməsi milli valyutamızı daha da pis vəziyyətə sala bilər. 

Ölkəmizin əsas ixrac məhsulları – neft və qazdır. Azərbaycan bu məhsulları dollar valyutası ilə satır. Əgər Azərbaycan neft və qaz məhsullarının satışından əldə etdiyi dollardan imtina edəcəksə, bu, manatın sonu ola bilər. Azərbaycan bir-iki şərtlər çərçivəsində iqtisadi reallıqdan çıxış edərək, belə bəyanatlara qoşulmaz. Əgər qoşularsa, hesab edirəm ki, böyük yanlışlıq olar”, - deyə Q. İbadoğlu əlavə edib.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM