Azərbaycan erməni qumarbazı "arzuolunmaz şəxs" elan edəcək

14:45 | 31.08.2018
Azərbaycan erməni qumarbazı

Azərbaycan erməni qumarbazı "arzuolunmaz şəxs" elan edəcək

Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Anews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Siyahını rüb üzrə yeniləyirik. Den Bilzaryan, şübhəsiz ki, ora daxil ediləcək", - o deyib.

Xatırladaq ki, daha əvvəl erməni əsilli ABŞ vətəndaşı, poker oyunçusu, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib, nümayişkaranə şəkilədə atəş açıb. Azərbaycan Baş Prokurorluğunda onun barəsində cinayət işi başladılıb, o, "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb