Azərbaycan İndoneziyanın neft-qaz infrastrukturuna sərmayə yatıra bilər

17:27 | 01.02.2016
Azərbaycan İndoneziyanın neft-qaz infrastrukturuna sərmayə yatıra bilər

Azərbaycan İndoneziyanın neft-qaz infrastrukturuna sərmayə yatıra bilər

Vitali Bəylərbəyov: İndoneziya Azərbaycanda neft hasilatına yatırım etməyə hazırdır

İndoneziya Azərbaycanla qarşılıqlı investisiya yatırmaqda maraqlıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib. 

V.Bəylərbəyovun sözlərinə görə, Azərbaycan İndoneziyada neft-qaz infrastrukturuna vəsait yatıra bilər: "Onlar isə Azərbaycanda neft hasilatı sahəsinə yatırım etməyə hazırdır. Çünki İndoneziyanın neftə ehtiyacı var".

V.Bəylərbəyov SOCAR-ın Qərbi Avropada fəaliyyətinin genişlənməsi ilə bağlı hələlik konkret işlərin görülmədiyini deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb