Azərbaycan kitabları Londonda - FOTO

23:19 | 10.04.2014
Azərbaycan kitabları Londonda - FOTO

Azərbaycan kitabları Londonda - FOTO

Azərbaycan Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olunurAzərbaycan kitabları Londonda açılan növbəti Beynəlxalq Kitab Sərgisində nümayiş edilir.ANS PRESS-in məlumatına görə, Azərbaycan sərgidə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AZICS) təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə sərgidə təmsil olunur.1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London Beynəlxalq Kitab Sərgisinə ilk dəfə 2009-cu ildə qatılmışdır. London sərgisində Azərbaycanın tarixindən, mədəniyyətindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edən kitablar iştirakçılarda böyük maraq doğurmuşdur. Nazirlik yarandığı gündən ölkədə kitab nəşri işinə xüsusi diqqət göstərmiş, bu sahənin azad düşüncə müstəvisində dünya standartlarına uyğun inkişafı və Azərbaycan kitabının beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görüb.Londonda keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, ölkəmizin sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Azərbaycanın uğurlu mədəniyyət siyasəti nəticəsində ölkədə kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilib, sahənin inkişafına təkan verən lazımi şərait yaradılıb. Prezident İlham Əliyevin kitab nəşri, kitabın təbliği, yayılması və qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsi ilə bağlı qərar və göstərişləri əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynayıb. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib, beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunub. Hazırda bu proses davam etməkdədir.Bu il London kitab sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, aparıcı məsləhətçisi Lalə Məmmədova və AZICS-in sədri Sənan Əliyev təmsil edirlər. Milli ekspozisiyamızı təşkil etmək məqsədi ilə sərgidə 30 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılmışdır. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Stendimizdə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə üstünlük verilib. Bu il ilk dəfə olaraq ölkəmizin "Hədəf" və "Qələm" nəşriyyatlarının kitabları sərgidə nümayiş etdirilir.Azərbaycan üçün ayrılmış stenddə, həmçinin "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı plakatlar yerləşdirilmiş, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır. Bundan əlavə, Azərbaycanın, tarixi, mədəniyyəti, turizmim ikanları və adət-ənənələrimizdən bəhs edən video çarx nümayiş olunur. Maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur.8 apreldə açılışı olmuş sərgi bu gün də davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb