Azərbaycan Krıma aviareysləri bərpa edir

12:30 | 01.03.2014
Azərbaycan Krıma aviareysləri bərpa edir

Azərbaycan Krıma aviareysləri bərpa edir

Bakı-Simferopol aviareysləri yenidən bərpa olunacaq.Aviareyslərin martın 22-dən yerinə yetirilməsinə başlanacaq. Bu barədə “APA-Economics”ə Heydər Əliyev Hava Limanından bildirilib. Məlumata görə, Ukraynada son vaxtlar baş verən hadisələrə baxmayaraq, bu ölkəyə uçuşlarda problem yaranmayıb. Yeni Bakı-Simferopol aviareysləri həftədə bir dəfə bazar ertəsi günü saat 08:30-da yerinə yetiriləcək. Qeyd edək ki, Türkiyənin “Atlasjet Havayolları”na məxsus İstanbul-Simferopol istiqamətində uçan təyyarəsi dünən Krımda baş verən məlum hadisələrlə əlaqədar enə bilməyib və geri dönüb. Silahlı qruplaşmalar Krımın paytaxtı Simferopolu və Belbek hava limanını ələ keçiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM