Azərbaycan məşhur fotoagentliyin obyektivində - FOTOLAR

19:21 | 06.11.2014
Azərbaycan məşhur fotoagentliyin obyektivində - FOTOLAR

Azərbaycan məşhur fotoagentliyin obyektivində - FOTOLAR

“Magnum Photos” dünyada ilk fotoagentlik korporasiyasıdır. 1947-ci ildə Robert Kapa, Devid “Şim” Seymur, Anri Kartye-Bresson, Corc Rocer tərəfindən təsis edilib. Plana görə, hər bir fotoqraf dünyanın müxtəlif nöqtələrinə gedib çəkilişlər aparmalı idi: C.Rocer Afrika və Yaxın Şərqi, A.Kartye-Bresson Cənubi və Şərqi Asiyanı, D.Seymur Avropa və ABŞ-ı lentin yaddaşına köçürməli idi. R.Kapa isə hansı ərazini və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə özü seçəcəkdi.

 Ötən hər bir il ərzində agentliyin üzvlərinin sayı da artırdı. Bunun sayəsində korporasiyanın arxivi XX əsrin ikinci yarısında baş vermiş dünyanın bir çox əhəmiyyətli hadisələrinin və tarixi şəxsiyyətlərinin portretləri ilə dolur.

Qurum bu günə qədər dünyanın müxtəlif salonlarında onlarla sərgi keçirmiş, 10-a qədər fotokitab çap etmişdir. Hazırda Nyu-York, Paris, London və Tokioda mərkəzi ofisləri, 100-dən çox üzvü olan fotoagentlik geniş şəkildə fəaliyyət göstərir.

 "Magnum Photos" müxtəlif illərdə, ayrı-ayrı fotoqraflarını Azərbaycana da göndərib. Müxtəlif layihələr niyyətilə Azərbaycanda olan fotoqraflar ölkəmizi bir başqa cür lentə alıblar. Fotolarda əhalinin dini (Qurban bayramı, Aşura günü), toy və yas mərasimləri, “Avrovisia” mahnı müsabiqəsi, insanların gündəlik həyatı, neft sənayesinin ölkə iqtisadiyyatına, əhalinin yaşamına necə təsir etməsi təsvir olunub.//kulis.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb