Azərbaycan mətbəx festivalında

09:37 | 23.09.2014
Azərbaycan mətbəx festivalında

Azərbaycan mətbəx festivalında

Daşkənnddə "Tashkent palase" otelində ölkə müstəqilliyinin 23-cü ildönümü ilə əlaqədar "Tasanno-2014" adlı milli mətbəx festivalı keçirilib. ANN.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib. Özbəkistanda fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və milli mədəniyyət mərkəzləri festivalda öz xalqlarının adət-ənənələrini nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təklif ediblər.Azərbaycan səfirliyi üçün ayrılmış guşədə ölkəmizin bayrağı asılıb, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti ilə əlaqədar nəşrlər, suvenirlər nümayiş etdirilib. Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, həmçinin kükü, kətə və qutablar, şirniyyatlarımızdan şəkərbura, paxlava, qoğal və şərbətlərimiz təklif olunub.Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatıb.Tədbirdə AMM-nin "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb, Azərbaycan səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına AMM diplom və medalla təltif olunub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM