Azərbaycan millisi reytinq siyahısında gerilədi

15:03 | 03.02.2014
Azərbaycan millisi reytinq siyahısında gerilədi

Azərbaycan millisi reytinq siyahısında gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Belçikada keçirilən Avropa çempionatının final mərhələsində çıxışını başa vuran Azərbaycan yığması yeni cədvəldə 11-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 1391 xal var. Millimiz qrupda qalmaqla 1 pillə geriləyib. Sloveniyanı üstələyən (7:6) və İtaliyaya 0:7 hesablı məğlub olan yığmamız 1 həftə əvvəl tutduğu 10-cu yeri əldən verib. Komandamızı ilk “onluq”dan Yaponiya kənarlaşdırıb. Asiyalılar 10-cu yerə sahib çıxıblar. Qeyd edək ki, siyahının ilk 3 pilləsində Braziliya (1946), İspaniya (1944), Rusiya (1721) yığmaları qərarlaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti