Azərbaycan OPEC-in qeyri-rəsmi görüşünə dəvət edildi

20:00 | 07.10.2016
Azərbaycan OPEC-in qeyri-rəsmi görüşünə dəvət edildi

Azərbaycan OPEC-in qeyri-rəsmi görüşünə dəvət edildi

İstanbulda oktyabrın 9-13-də işə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək. 

Bu barədə "Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, OPEC-in baş katibi Məhəmməd Barkindonun energetika nazirinə göndərdiyi dəvət məktubunda Əlcəzair, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirlərinin məsləhətləşmələr aparmaq məqsədilə qeyri-rəsmi formatda görüşəcəkləri qeyd olunub.
 
Həmçinin kartelə üzv olmayan ölkələr - Braziliya, Qazaxıstan, Azərbaycan, Meksika, Oman kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq. Neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılacağı bu görüşün oktyabrın 12-də keçirilməsi planlaşdırılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM