Azərbaycan ordusu texnikamızı İsrail raketi ilə vurub – Erməni tərəfi

12:02 | 16.05.2017
Azərbaycan ordusu texnikamızı İsrail raketi ilə vurub – Erməni tərəfi

Azərbaycan ordusu texnikamızı İsrail raketi ilə vurub – Erməni tərəfi

Qarabağ separatçıları dünən Azərbaycanın məhv etdiyi Ermənistan ordusuna məxsus "OSA” zenit-raket kompleksi barədə açıqlama yayıblar.

Anews.az avropa.info-ya istinadən xəbər verir ki, erməni separatçıları hərbi texnikanın idarə olunan raket qurğusu "Spike” vasitəsilə vurulduğunu bildirib. Ermənilər insan itkisinin olmadığını iddia edirlər.

Bundan əlavə Azərbaycan ordusu erməni mövqelərinə minaatan və avtomatlardan zərbələr endirib.

Qeyd edək ki, tank əleyhinə "Spike” idarəolunan raket qurğusu İsrail istehsalıdır.

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyi atəşkəs xəttində Ermənistana məxsus "OSA” zenit-raket kompleksinin məhv edilməsi haqda məlumat yaymışdı.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb