Azərbaycan Ordusunun ağır zərbəsindən sonra erməni nazir hər şeyi açıqladı

14:05 | 21.09.2018
Azərbaycan Ordusunun ağır zərbəsindən sonra erməni nazir hər şeyi açıqladı

Azərbaycan Ordusunun ağır zərbəsindən sonra erməni nazir hər şeyi açıqladı

Ermənistanın müdafiə naziri David Tonoyan sərhəddəki vəziyyətdən danışıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, erməni nazir jurnalistlərə açıqlamasında hazırda sərhəddə nisbətən sakitlik olduğunu deyib.

Qeyd edək ki, bu, erməni nazirin erməni hərbi birləşmələrinin sərhəddə son təxribat hücumundan sonra ilk bəyanatıdır. Bir neçə gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır zərbə endirilib.

Xatırladaq ki, Azərbaycan Prezident İlham Əliyev bir neçə gün öncə Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə erməni hərbi birləşmələrinin sərhəddəki təxribat hücumuna toxunmuşdu.

"Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar", - deyə Ermənistanın təxribatla məşğul olan baş naziri Nikol Paşinyana açıq mətnlə xəbərdarlıq etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb