Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR

11:19 | 20.07.2015
Azərbaycan ordusunun döyüş hazırlığı  - FOTOLAR

Azərbaycan ordusunun döyüş hazırlığı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. 

Müdafiə naziri yüksək dağlıq şəraitdə, ağır və çətin relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi yüksəkliklərdəki postların müdafiə qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər obyektlərə baxıb, hərbi qulluqçularla birlikdə nahar edib, onların istək və arzularını dinləyib.

Nazir ərazinin relyefi, spesifikası nəzərə alınmaqla yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi hazırlığına diqqətin daha da artırılması, onların döyüş tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlar verib.
 
 











www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb