Türk şahinləri Bakı səmasında - FOTOLAR

15:35 | 28.08.2015
Türk şahinləri Bakı səmasında - FOTOLAR

Türk şahinləri Bakı səmasında - FOTOLAR

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə hərbi təlim keçirir.

"TurAz Qartalı - 2015" birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, təlimlər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilir. 

Təlimlərdə 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM