Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR

23:59 | 24.07.2015
Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR

Hərbi Dəniz Qüvvələri döyüşə belə hazırlaşır - FOTOLAR

İyulun 24-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn müdafiə nazirinə Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda əməliyyat şəraiti, Hərbi Dəniz Qüvvələrinin idarə olunmasının həyata keçirilməsi barədə operativ məlumatları məruzə edib.
 
Müdafiə naziri ən müasir texnologiyalara əsaslanan avadanlıqlarla təmin edilmiş  komanda məntəqəsində məlumatların toplanması, təhlili və müvafiq qərar qəbul edilməsi ilə əlaqədar fəaliyyət göstərən dəniz qüvvələrinin komanda heyətilə görüşüb.
 
Sonra nazir hərbi gəmilərə baxış keçirərək onların taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələrinin vəziyyəti ilə maraqlanıb. Komanda məntəqələri, təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri, o cümlədən gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular barədə ətraflı məlumat verilib.
 
Müdafiə naziri cari ilin avqust ayının 1-dən 15-dək Rusiya Federasiyasının Mahaçqala şəhərinin limanı yaxınlığında keçirilməsi planlaşdırılan "Xəzər Dənizi - 2015” beynəlxalq müsabiqəsində iştirak etməsi nəzərdə tutulan 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək gəmisində olub. Nazir gəmilərin və heyətin səfərə hazırlığını yoxlayıb, onlara yarışlarda Azərbaycan xalqını, dövlətini,  Silahlı Qüvvələri yüksək səviyyədə təmsil edərək uğurlu nəticələr və qələbələr əldə etmələrini arzulayıb.
 
Döyüş gəmilərinin ümumi vəziyyətini və şəxsi heyətin hazırlığını müsbət qiymətləndirən müdafiə naziri bütün bu nailiyyətlərin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edildiyini xüsusi qeyd edib.
 
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması, silahlanmada olan döyüş vasitələrinin yenilənməsi, keyfiyyətinin və gücünün artırılması, o cümlədən gəmi heyətinin sosial-məişət şəraitinin yüksəldilməsi barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
 
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb