Azərbaycan ordusu irimiqyaslı təlimlərə başladı - FOTOLAR

11:44 | 12.11.2016
Azərbaycan ordusu irimiqyaslı təlimlərə başladı - FOTOLAR

Azərbaycan ordusu irimiqyaslı təlimlərə başladı - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərinin birinci mərhələsinə start verilib.
 
APA-nın Azərbaycan  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlim planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarə edilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir.

Həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.
 
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.
 
Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir.
 


















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM