Azərbaycan parlamenti yenilənəcək?

12:56 | 02.05.2019
Azərbaycan parlamenti yenilənəcək?

Azərbaycan parlamenti yenilənəcək?

Azərbaycanda qarşıdan növbəti VI çağırış parlament seçkiləri gəlir.

Seçkilərin, tarix dəyişikliyi olmayacağı təqdirdə, 2020-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ildən, xüsusilə, 11 aprel seçkilərindən sonra Azərbaycanda islahatlar prosesinin yeni dalğası yaşanır.

Bundan başqa, ölkə prezidenti İlham Əliyev bu ilin mart ayının 20-də Azərbaycan xalqına Novruz təbrikində ölkədə siyasi islahatların da keçiriləcəyinin anonsunu verib.

Artıq bir çox ekspertlər, hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri siyasi islahatların parlamenti də əhatə edəcəyi, qarşıdan gələn seçkilərdə parlamentin tam şəkildə yenilənə biləcəyi barəfə də fikir və mülahizələr yürütməkdədirlər.

Hakim partiyanın parlamentdəki təmsilçilərindən olan millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da parlamentin yenilənməsinin tərəfdarıdır.

Bu haqda S. Seyidov Oxu.Az-a açıqlamasında deyib.

Azərbaycanda hər bir sahədə dəyişikliklərin, yeniliklərin olduğunu xatırladan deputat,  bunun parlamenti də əhatə etməli olduğu fikrindədir.

"Hər bir sahədə yenilənmə, dəyişiklik var.

Bu proseslər Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir.

Biz artıq hər bir sahədə həyata keçirilən islahatların nəticəsini görürük bundan sonra da yüksək səviyyədə görəcəyik.

Bu baxımdan, yenilənmiş parlament olmalıdır”, - deyə S. Seyidov sözlərinə əlavə edib.

Qeyd edək ki, Milli Məclis (MM) 125 millət vəkilindən ibarətdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb