Azərbaycan Prezidenti irlandiyalı həmkarına məktub göndərdi

17:52 | 16.03.2019
Azərbaycan Prezidenti irlandiyalı həmkarına məktub göndərdi

Azərbaycan Prezidenti irlandiyalı həmkarına məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Anews.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM