Azərbaycan Prezidenti Qazaxıstana işgüzar səfərə gedib

17:11 | 15.10.2015
Azərbaycan Prezidenti Qazaxıstana işgüzar səfərə gedib

Azərbaycan Prezidenti Qazaxıstana işgüzar səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gedib. 

"Report" xəbər verir ki, Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Kokşetau şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın dövlət  başçısını yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb