Azərbaycan qızıl hasilatını artırıb

15:43 | 14.01.2016
Azərbaycan qızıl hasilatını artırıb

Azərbaycan qızıl hasilatını artırıb

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc.” şirkəti ötən il "Gədəbəy" yatağından 72 032 unsiya qızıl hasil edib. 

"Report" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.

Ötən il yataqdan hasil olunan qızıl əvvəlki ildəkindən 19% artıq olub.

Hesabat ilin sonuncu rübündə yataqdan qızıl hasilatı 17 930 unsiyaya bərabər olub. Ötən il ərzində 63 924 unsiya qızıl satılıb ki, bir unsiyanın qiyməti orta hesabla 1 161 ABŞ dolları təşkil edib.

İlin sonuncu rübündə isə satışın həcmi 15 759 unsiya, orta qiyməti isə 1 108 dollar/unsiya təşkil edib.

Həmçinin yataqdan ötən il 28 626 unsiya gümüş (2014-cü ildən 8% az), 969 ton mis (2014-cü ildən 24% artıq) hasil olunub.

Qeyd edək ki, "Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. "Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb