Azərbaycan sement idxalını kəskin azaldıb

11:13 | 27.01.2016
Azərbaycan sement idxalını kəskin azaldıb

Azərbaycan sement idxalını kəskin azaldıb

2015-ci ildə Azərbaycana 29 milyon 479 min dollar dəyərində sement idxal olunub.

Bu isə 2014-cü illə müqayisədə 77 milyon 135 min dollar və ya 72,35% azdır. 

Bu barədə Oxu.Az Dövlət Gömrük Komitəsinin (DGK) 2015-ci il yanvar-dekabr ayları üzrə açıqladığı hesabata istinadən xəbər verir.

Budan başqa, Dövlət Statistika Komitəsinin (DSK) ötən il üçün açıqladığı hesabata görə, Azərbaycan 2 938,1 min ton sement istehsal edib. Bu isə 2014-cü illə müqayisədə 2,4% çoxdur. 2016-cı il yanvarın 1-nə Azərbaycanda hazır məhsul ehtiyatı isə 62,5 min ton təşkil edib. 

Qeyd edək ki, dünən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında bu məsələyə toxunmuşdu:

"Biz sement istehsalı sahəsində özümüzü 92 faiz təmin edirik, qatqı və qablaşdırma ilə bağlı istehsalda 10 faiz asılılıq var. O asılılığı da aradan qaldırmalı və sementi ixrac etməliyik”, - deyə prezident qeyd etmişdi. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM