Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir

16:00 | 25.11.2013
Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir

Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalındakı “Su-24” (NATO kod adı “Fencer”) cəbhə bombardmançı təyyarələrinin modernləşdirilməsi layihəsinə başlanılacaq.Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Hazırda bununla bağlı layihə Silahlı Qüvvələrdə müzakirə olunur. Modernləşdirmə işləri Azərbaycandakı aviazavodlardan birində həyata keçiriləcək. Açıq mənbələrdə yer alan məlumatlara görə, hazırda Azərbaycan HHQ-nin inventarında 10-a yaxın “Su-24” təyyarəsi yer alır. Onu da əlavə edək ki, “Su-24” təyyarələri Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alır. Sonuncu dəfə Bakı səmasında 2008-ci il iyun ayının 26-da keçirilən hərbi paradda uçuş etmiş “Su-24” təyyarələrinin istismarı həmin vaxtdan dayandırılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM