Azərbaycan Türkiyədən ən çox silah alan ikinci ölkədir

12:00 | 04.12.2021
Azərbaycan Türkiyədən ən çox silah alan ikinci ölkədir

Azərbaycan Türkiyədən ən çox silah alan ikinci ölkədir

Türkiyənin müdafiə və aerokosmik sənayesi cari ilin 11 ayında 2,8  ABŞ dolları məbləğində gəlirlə yeni ixrac rekorduna imza atıb. Bu barədə 
Türkiyə İxracat Məclisi (TİM) məlumat yayıb.

Ölkənin müdafiə sənayesi sektorunun milli məhsulların satışından əldə etdiyi gəlir 2018-ci ildə 2,3 milyard, 2019-cu ildə isə 2,7 milyard ABŞ dolları təşkil edib. 

TİM-in məlumatında bu ilin yanvar-noyabrında  Türkiyənin milli hərbi texnikasının ixrac edildiyi ilk 20 ölkənin adı sadalanır. Bunlar ABŞ, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Ukrayna, Efiopiya, Mərakeş, Fransa, Tunis, Banqladeş, Birləşmiş Krallıq, Hindistan, Türkmənistan, Çin, Özbəkistan, Ruanda, Hollandiya, İordaniya və Kanadadır.

Birinci yeri siyahıda 1,3 milyard dolarlıq ixracla ABŞ tutur.  İkinci sırada isə Azərbaycan yer alır.
 
Məlumata əsasən, bu ilin 11 ayında Türkiyədən Azərbaycana 192,1 milyon dollarlıq hərbi texnika ixrac edilib.  Üçüncü yeri  Qətər tutur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb