Azərbaycan Türkiyədən yeni raketlər alır

23:43 | 20.02.2021
Azərbaycan Türkiyədən yeni raketlər alır

Azərbaycan Türkiyədən yeni raketlər alır

TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən inkişaf etdirilən, "Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycan ordusunun inventarındakı döyüş təyyarələrinə inteqrasiya ediləcək, -  bunu Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasında Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

SOM raketləri 250 kilometr və daha çox mənzilə, yüksək dəqiqliyə malikdir. Bu raketləri əldə etməklə, Hərbi Hava Qüvvələrimiz hərəkət trayektoriyasını genişləndirmiş və dəyərli bir silahı invertarına qatmış olacaq.

SOM raketi havadan müdafiə sistemlərinin mənzilinə girmədən hədəflərin yüksək dəqiqliklə vurulmasını təmin edir. Sabit səth hədəfləri və hərəkətdə olan suüstü hədəflərə qarşı təsirli bir şəkildə hücum qabiliyyəti olan uzaqmənzilli, havadan səthə atılan turboraket motorlu qanadlı raket sistemi olaraq xarakterizə edilir.

SOM-A və SOM-B1 raketləri 2011-ci ildən Türkiyə silahlı Qüvvələrinin invertarındadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb