Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq

17:00 | 28.08.2017
Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq

Azərbaycan və İsrail şəhərləri qardaşlaşacaq

Tirat-Karmel Arye Talem şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Azərbaycanın Şamaxı şəhəri və İsrailin Tirat-Karmel Arye Talem şəhəri sentyabrın 5-də qardaşlaşacaq.

Bu barədə "Report"a müsahibəsində "Azərbaycan-İsrail" (Azİz) Beynəlxalq Assosiasiyasının rəhbəri Lev Spivak məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar Tirat-Karmel Arye Talem şəhərinin merinin başçılıq etdiyi nümayəndə heyəti Şamaxı şəhərinin İcra Hakimiyyəti ilə müvafiq müqavilə imzalamaq üçün Azərbaycana səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə merin müavini, bələdiyyə direktoru, eləcə də "Azİz"in üzvləri daxil olacaqlar.

L.Spivak bildirib ki, hazırda Azərbaycanın İsmayıllı və İsrailin Kiryat-Byalik şəhərlərinin qardaşlaşması ilə bağlı işlər görülür.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM