Azərbaycan və Qazaxıstan yeni konsorsium yaradır

18:14 | 12.04.2016
Azərbaycan və Qazaxıstan yeni konsorsium yaradır

Azərbaycan və Qazaxıstan yeni konsorsium yaradır

Bu gün Bakıda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "Qazaxstan Dəmir Yolları” SC-nin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib.
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, cəmiyyətin sədri C.Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf perspektivləri, "ADY Ekspess” MMC , "KTZ Express" SC, "Trans Caucasus Terminals" MMC və "ACSC Logistics" MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

A.Mamın də Azərbaycan və Qazaxıstan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektikləri haqqında danışıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb