• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Azərbaycan yeni hərbi təyyarələr alır

Azərbaycan yeni hərbi təyyarələr alır
14.05.2016 10:38
Ukrayna Azərbaycana on yeni "An-178" nəqliyyat təyyarəsi satacaq.


Azərbaycan Ukraynadan yeni təyyarələr alacaq. ANS PRESS-in məlumatına görə, bu barədə  "İnterfaks” agentliyi xəbər yayıb.

Məlumata görə, Ukrayna dövlət müəssisəsi "Antonov" Azərbaycana "An-178" tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı bu hərbi nəqliyyat təyyarələrdən ikisi də Çinə satılacaq.

Azərbaycana satılması planlaşdırılan nəqliyyat təyyarələrinin çatdırma müddəti və müqavilənin detalları hələ məlum deyil.

"Antonov" An-178 təyyarəsi

Hərbi nəqliyyata "An-178" təyyarəsi Ukraynanın Antonov şirkəti tərəfindən istehsal edilir. Bu model təyyarələr "Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır.  

Təyyarənin yükgötürmə qabiliyyəti 18 tondur. Bu təyyarə bazarda "An-12" təyyarəsinin əvəzi kimi tanınır. 

2010-cu ildən yığılmağa başlayan təyyarənin qiymətinin 40-70 milyon dollar arasında olduğu deyilir. Bu model İtaliyanın "Aleniya” C-27j, ABŞ-ın "Lockheed Martin” C-130j, Braziliyanın "Embraer” KC-390 və Rusiyanın İl-214 təyyarələrinə rəqibdir.

2015-ci ildə Səudiyyə Ərəbistanı  "Antonov” təyyarəsindən 30 ədəd sifariş edib.    

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol