Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlandı

19:47 | 09.03.2018
Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlandı

Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlandı

Azərbaycana yaz fəslinin gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov "Report”a açıqlamasında deyib ki, yazın gəlişi martın 20-si saat 20:15:30-a təsadüf edəcək.

O bildirib ki, baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir: "Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olacaq. Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bu zaman da yaz fəsli gəlir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb