Azərbaycanda 19 yaşlı qız bu məktubu yazıb evdən qaçdı - FOTO

20:52 | 17.06.2019
Azərbaycanda 19 yaşlı qız bu məktubu yazıb evdən qaçdı - FOTO

Azərbaycanda 19 yaşlı qız bu məktubu yazıb evdən qaçdı - FOTO

Azərbaycanda 19 yaşlı gənc qız məktub yazıb evdən qaçıb. 

BiG.AZ xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən ana deyib. 

O qeyd edib ki, mayın 28-də qızım evə məktub qoyub qaçıb: "O, məktubunda yazmışdı ki, hamınızı çox istəyirəm. Özünüzü qoruyun. Mən polis bölməsinə müraciət etdim. Bir qadın mənə zəng edib bildirdi ki, qızına səndən də yaxşı baxıram. Qızımın 19 yaşı var. Mən övladlarımı tək başına böyüdürəm. Qızımın evdən getmə səbəbini bilmirəm. Rəfiqəsi onu aldadıb evdən aparıb. O, rəfiqələri ilə şəhərdə tez-tez gəzirdi. Qızım orta təhsillidir. Paltarlarını çemodana yığıb gedib. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb. Evdən 1500 manata qədər pul da götürülüb".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb