Azərbaycanda 50 min ictimai iş yeri yaradılır

18:38 | 04.04.2020
Azərbaycanda 50 min ictimai iş yeri yaradılır

Azərbaycanda 50 min ictimai iş yeri yaradılır

Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Anews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb. 

Başqa sözlə, hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb