​Azərbaycanda avronun rəsmi məzənnəsi 15 illik minimuma enib

10:49 | 23.01.2015
​Azərbaycanda avronun rəsmi məzənnəsi 15 illik minimuma enib

​Azərbaycanda avronun rəsmi məzənnəsi 15 illik minimuma enib

 Bu gün Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 15 illik minimuma enib və 0,8897 manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində analoji həddə, aşağı məzənnəsi 1999-cu ilin dekabr - 2000-ci ilin yanvar ayında qeydə alınıb.

Qeyd edək ki, həmin vaxt Azərbaycanda milli valyutanın denominasiyası hələ aparılmamışdır və o dövrün qiymət miqyasında həmin məzənnə 4 448,5 manat/avro təşkil edib.
Avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.

Xatırladaq kı, avro rəsmən 1999-cu il yanvarın 1-dən dövriyyəyə buraxılıb və ilk 3 il ərzində yalnız nağdsız hesablaşmalarda istifadə olunub və 1979-1998-ci illərdə istifadə edilən ECU-nu (European Currency Unit - Avropa Valyuta Vahidi) əvəz edib (1:1 miqyasında).

Rəsmi statistikaya əsasən, hazırda nağd dövriyyədə 951 mlrd. avro həcmində vahid Avropa valyutası mövcuddur və bu göstəriciyə görə, avro hətta ABŞ dollarını qabaqlayır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb