Azərbaycanda avtomobil benzini istehsalı 1,4% artıb

18:40 | 14.07.2016
Azərbaycanda avtomobil benzini istehsalı 1,4% artıb

Azərbaycanda avtomobil benzini istehsalı 1,4% artıb

Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1329,8 mln. manat olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 3% azalıb.

Hesabat dövründə 572,4 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,4% çoxdur. İlin I yarısında 322,2 min ton ağ neft (0,9% çox), 389,0 min ton yanacaq mazutu (8,5 dəfə çox) istehsal olunub.

Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 1,9%, dizel yanacağının istehsalında 22,2%, sürtkü yağlarının istehsalında 50%, neft bitumunun istehsalında 12,4%, neft koksunun istehsalında 25,5% azalma qeydə alınıb. Belə ki, 96,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1 147,4 min ton dizel yanacağı, 5,1 min ton sürtkü yağları, 60,6 min ton neft bitumu, 90,7 min ton neft koksu istehsal olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM