Azərbaycanda bayram günlərində ailə faciəsi

20:24 | 22.03.2018
Azərbaycanda bayram günlərində ailə faciəsi

Azərbaycanda bayram günlərində ailə faciəsi

Lənkəranda bıçaqlanan 1966-cı il təvəllüdlü Şirzad Əlihüseyn oğlu İmanov gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Apa xəbər verir ki, Ş. İmanovun yeznəsi tərəfindən bıçaqlandığı bildirilir.


Həmin şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə martın 21-də şəhərin "RayPo yaşayış massivi" adlanan yerdə baş verin. Anar Mahmudov küçəsində qeydiyyatda olan, 1966-cı il təvəllüdlü Şirzad Əlihüseyn oğlu Əmənov qohumlar arasında düşən dava zamanı bıçaqlanıb. Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan zaman vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən sonra dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb